Sürpriz keks



1371566459_surpriz_kek_1[1]Ürək keks üçün
3 yumurta
1 su stəkanı toz şəkər
Yarım su stəkanı günəbaxan yağı
1 paket vanil
2.5 su stəkanı keks unu
Bənövşəyi jel qida boyası

Limonlu keks üçün
4 yumurta
1.5 su stəkanı toz şəkər
1 xörək qaşığı limon suyu
2 xörək qaşığı rəndələnilmiş limon qabığı
240 qr keks unu
1 çay qaşığı qabartma tozu
100 ml krem
80 qr kərə yağı (əridilmiş və soyudulmuş)

Üstü üçün
200 ml krem
1 xörək qaşığı pudra şəkəri
Bəzəmə şəkərləri

Sürpriz keksin hazırlanışı
Ürək keks üçün yumurta, şəkər və vanili mikserlə yaxşıca qarışdırın. Günəbaxan yağı və qida boyasını əlavə edib qarışdırın. Unu əlavə edin və tamamilə qarışdırdıqdan sonra yağlanılmış baton keks qəlibinə köçürün və 180 dərəcəyə nizamlanmış sobada dişqurdalayan batırıldığında təmiz çıxana qədər bişirin. Soyumağa qoyun. Limonlu keks üçün, yumurta və şəkəri mikserlə çırpın. Rəndələnilmiş limon qabığı və limon suyunu əlavə edin.

Un, qabartma tozunu əlavə edib və çırpmağa davam edin. Kərə yağı və kremi də əlavə edərək qarışdırın. Bənövşəyi keksi 1.5 sm qalınlığında dilimləyeərək ürək şəklində peçenye qəlibi ilə kəsin. Limonlu keks xəmirindən 1 sm qalınlığında yağlanılmış baton keks qəlibə doldurun. Ürək dilimlərini arxa – arxaya düzün. Üzərinə qalan limonlu keks xəmirini doldurun və 185 dərəcəyə nizamlanmış sobada dişqurdalayan batırıldığında təmiz çıxana qədər bişirin. Sobadan götürüb soyumağa qoyun. Kremi pudra şəkəri ilə tündləşənə qədər çırpın. Soyuyan keksin üzərinə kremi sürtün. Bəzəmə şəkərləri səpib təqdim edin.

Leave a Reply

.

ƏN ÇOX OXUNANLAR

BU GÜN ƏN ÇOX OXUNANLAR

.

.

Copyright © 2014 Metbex.info